Gürcüstan və NATO birgə təlimlər keçirəcəkbackend

Gürcüstan və NATO birgə təlimlər keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 28-dən mayın 8-dək Gürcüstanın Krtsanisi şəhərindəki Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) NATO qüvvələrinin iştirakı ilə genişmiqyaslı komanda mərkəzi təlimi keçiriləcək.

Editor.az bu barədə xarici mətbuata istinadla xəbər verir. İtaliyanın Tbilisidəki səfirliyindən verilən məlumata görə, manevrlərin məqsədi JTEC-in potensialını nümayiş etdirmək və gürcü hərbçilərinə əsaslanan çoxmillətli briqadanın döyüş hazırlığını qiymətləndirməkdir. Təlimlərdə Azərbaycan, Albaniya, Bolqarıstan, Fransa, Polşa, Slovakiya, Almaniya, Yunanıstan, Macarıstan, Türkiyə və ABŞ-dan nümayəndələr iştirak edəcək. Ermənistan müşahidəçi qismində iştirak edəcək.

Noyabrda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan edib ki, Gürcüstanın Şimali Atlantika Müqaviləsi Təşkilatına və Avropa İttifaqına üzv olması ölkə üçün mühüm prioritet olaraq qalır. Onun sözlərinə görə, Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə əsasən, ölkə Avro-Atlantik strukturlara inteqrasiya istiqamətində “qaçılmaz yolunu” davam etdirir. Bu kontekstdə Boçorişvili vurğulayıb ki, NATO və Aİ ilə münasibətlər bundan sonra da mühüm prioritet olacaq.

//Gülnarə Abasova, Editor.az