Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdubackend

Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə nazir öz “Facebook” səhifəsində yazıb.

D.Zalkaliani bildirib ki, o evdə müalicəsini davam etdirir:

“Bu il yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özümü təcrid etdim. Müəyyən olunmuş vaxtdan sonra PCR testi verdim. Nəticədə COVID-19 infeksiyası məndə də təsdiqləndi. Hazırkı mərhələdə özümü yaxşı hiss edirəm. Bütün protokollara əməl edərək evdə müalicə olunuram”.