Gürcüstan XİN bəyanat yaydı: bu, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qəsddirbackend

Gürcüstan XİN bəyanat yaydı: bu, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qəsddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan XİN bəyanat yaydı: bu, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qəsddir

Gürcüstan Rusiya Federasiyasını işğal olunmuş ərazilərində – Abxaziya və Cənubi Osetiyada qondarma “seçkilər” keçirməkdə ittiham edib. Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, bu, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan addımdır. “Gürcüstanın Xarici İşlər Nazirliyi Gürcüstanın işğal olunmuş rayonlarında Rusiya Federasiyasında prezident seçkilərinin keçirilməsini və yerli əhalini kütləvi şəkildə cəlb etmək məqsədilə qanunsuz seçki məntəqələrinin açılmasını pisləyib. Bu hərəkət Rusiya Federasiyasının beynəlxalq hüququn əsas prinsip və normalarını kobud şəkildə pozan, habelə BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına tamamilə məhəl qoymayan Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atdığı addımdır”, – bəyanatda deyilir. Ölkənin Xarici İşlər Nazirliyi işğal altında olan rayonlarda, eləcə də etnik təmizləmə nəticəsində işğal olunmuş ərazilərdən qovulmuş əhalinin hələ də öz yurd-yuvasına qayıtmaq imkanının olmadığı şəraitdə hər hansı seçkilərin keçirilməsinin qanunsuz olduğunu qeyd edib. Gürcüstan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Rusiyanın işğal olunmuş rayonlarda Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozmağa yönəlmiş növbəti qanunsuz hərəkətlərini lazımi şəkildə qiymətləndirməyə və cavab verməyə çağırıb..
Qeyd edək, Gürcüstanda ruslar üçün seçki məntəqəsi açılmayıb, səs vermək istəyənlər İrəvana gediblər.