Gürcüstanda 1 852 yeni yoluxmabackend

Gürcüstanda 1 852 yeni yoluxma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 852 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirilib.

Qeyd olunub ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 42 579 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 26 800 nəfərin sağaldığı, 342 nəfərin isə öldüyü bildirilir.