Gürcüstanda 10 yeni yoluxma…backend

Gürcüstanda 10 yeni yoluxma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 10 yoluxma halı qeydə alınıb.
Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1421 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7005 nəfər karantində saxlanılır, 255 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1137 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.