Gürcüstan Səhiyyə Nazirliyi ölkənin apteklərində 5 mindən çox dərmanın ucuzlaşdığını bildirib. Ucuzlaşma dərmanların qiymət limitinin məhdudlaşdıran islahatların nəticəsində baş verib.
Edior.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, dövlət ölkə apteklərində dərmanların bəzən ilkin dəyərinin 300%-nə bərabər olan qiymət artımını nəzarətə götürüb. İndi güzəştli siyahıya xroniki və onkoloji xəstəliklərin müalicəsi üçün dərmanlar, antibiotiklər, ürək-damar preparatları və əhalinin daha az tələbat olmayan bir sıra digər tibbi dərman vasitələri daxildir.
Bununla belə, bu iş davam edəcək: siyahı 7 min maddəyə qədər genişləndiriləcək, – Gürcüstan Səhiyyə Nazirliyi əmin edir.
//Samir Qurbanov, Editor.az

