Gürcüstanda 9 yeni yoluxmabackend

Gürcüstanda 9 yeni yoluxma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 yoluxma halı qeydə alınıb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 370 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 903 nəfər karantində saxlanılır, 278 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Virusa yoluxanlardan 1 108 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.