Gürcüstanda aləm bir-birinə dəyibbackend

Gürcüstanda aləm bir-birinə dəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili parlament seçkilərinin yekun protokolunu imzalayıb, seçki müddəti rəsmən başa çatıb.

Lakin müxalifət nəticələri – “Gürcü Arzusu”nun qələbəsini tanımaqdan imtina edir. İclas zamanı Mərkəzi Seçki Komissiyasının müxalifətçi üzvü MSK-nın rəhbərinin üzərinə boya atıb, o, xəsarət alıb və gözünü bağlayaraq iclası davam etdirib. Gürcüstan Daxili İşlər Nazirliyi Kalandarişviliyə hücumla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açıb.

MSK-nın binasında iclaslar davam edərkən çöldə müxalifətin aksiyası keçirilib və bu aksiya təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb. Etirazçılar nəqliyyatın hərəkətini dayandırmaq niyyətində idilər; Hüquq-mühafizə orqanlarının əməkdaşları yol boyu düzülüb, hazırda vəziyyət stabilləşib. Müxalifət Tbilisidə Aqmaşenebeli xiyabanı ilə yürüş keçirib.

//Samir Qurbanov, Editor.az