Gürcüstanda baş verənlər ciddi maraq doğurur:”Aİ-yə qəbul edilməyə bu qədər yaxın olduğu bir vaxtda…”backend

Gürcüstanda baş verənlər ciddi maraq doğurur:“Aİ-yə qəbul edilməyə bu qədər yaxın olduğu bir vaxtda…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Gürcüstanda çox maraqlı hadisələr baş verir. Avropa ittifaqına qəbul edilməyə bu qədər yaxın olduğu vaxtda Gürcüstanın birdən-birə Rusiyaya tərəf meyillənməsi siyasi dairələrdə birmənalı qarşılanmayıb”.

Bu sözləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq baş verənləri Gürcüstanın balanslaşdırılmış deyil, Rusiyameyilli siyasəti kimi qiymətləndirir:

“Qərb dövlətlərini də narahat edən elə əsas budur. Onlar balanslaşdırılmış siyasətə dözərdilər və bunu başa düşərdilər. Amma indiki halda onlar son günlər atılan addımların davamında yeni hadisələrin gələcəyini düşünürlər.Gürcüstan Rusiyaya meyillənir və getdikcə daha çox Rusiyanın maraq dairəsinə girir. Bu bəlkə də elə Avropa İttifaqının özünün Gürcüstanla bağlı yeritdiyi siyasətin nəticəsidir. Çünki, bir il bundan öncə Avropa İttifaqı məqsədyönlü şəkildə Gürcüstanı Ukrayna və Moldovadan ayırdı. Yəni bu iki dövləti Avropa İttifaqına namizəd ölkə statusu ilə mükafatlandırdı. Amma Gürcüstan üçün hələ tez olduğunu dedi”.

//Gülnarə Abasova, Editor.az