Gürcüstanda bir gün ərzində koronavirusa rekord yoluxma qeydə alınıb.
Bu barədə “Sputnik Gürcüstan” xəbər yayıb.
Bildirilir ki, son sutka ərzində ölkədə 1 192 nəfərdə koronavirus aşkar edilib.
Səkkiz nəfərin virusdan öldüyü qeyd olunur.
Bu göstərici Gürcüstanda pandemiya yayılandan bəri ən yüksək sutkalıq göstəricidir.
Ölkədə ümumilikdə 17 477 nəfərdə koronavirus müəyyən edilib.

