Gürcüstanda daha bir nazir koronavirusa yoluxubbackend

Gürcüstanda daha bir nazir koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda daha bir nazir – ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava koronavirusa yoluxub. Noyabrın 2-dən özünütəcrid şəraitində çalışan nazirin bu gün koronavirusa yoluxması təsdiqlənib.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən məlumat verilib.

Bildirilib ki, evində müalicə olunan nazir hazırda özünü yaxşı hiss edir.

Qeyd edək ki, noyabrın 2-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Acarıstan Muxtar Respublikasının Səhiyyə naziri Nino Nijaradze, Gürcüstan hökuməti aparatının rəhbəri Natia Mezvrişvili koronavirusa yoluxublar.

 

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixail Çxenkeli də bu gündən özünütəcrid rejiminə keçib.