Gürcüstanda diktatura qurulub – Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilibackend

Gürcüstanda diktatura qurulub – Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstanda diktaturanın qurulduğunu bildirib.

Sabiq dövlət başçısı bunu yeni seçilmiş parlamentin iclasına paralel keçirilən məhkəmə iclasında deyib: “Gürcüstanda polis yoxdur. Gürcüstanda hüquq-mühafizə sistemi yoxdur. Gürcüstanda hökumət yoxdur, ancaq özünü elan edən hökumət var. Gürcüstanda parlament yox, özünü parlament elan edən parlament var. Gürcüstanda diktatura qurulub!”

Qeyd edək ki, bu gün Tbilisidə 11-ci çağırış Gürcüstan parlamentinin legitimliyi müxalifət və prezident tərəfindən tanınmayan iclası başlayıb. Salome Zurabişvili və seçki barajını keçən dörd müxalifət partiyası 26 oktyabr seçkilərinin nəticələrinin saxtalaşdırıldığını iddia edir. Ölkənin Qərb tərəfdaşları da “Gürcü Arzusu”nu qələbəsi münasibətilə təbrik etməyib, mümkün saxtakarlıqların araşdırılmasına çağırıb və xüsusən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) yekun hesabatını gözləyirlər.

//Samir Qurbanov, Editor.az