Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə dövlət çevrilişinə hazırlaşan bir qrup şəxsin olduğunu iddia edir.
Onun sözlərinə görə, səbəb kimi qeyri-hökumət təşkilatlarının məlumatlarından istifadə olunur. Guya onlar oktyabrın 26-da şənbə günü keçiriləcək parlament seçkiləri ilə bağlı “yanlış hesabatlar” hazırlamalıdırlar.
Papuaşvili Gürcüstan vətəndaşlarını “ayıqlığı qorumağa” çağırıb. O bildirirb ki, “Faktlar və bütün əlamətlər onu göstərir ki, dövlət çevrilişinə hazırlaşan qrup var”. Lakin spiker hansı faktlardan danışdığını dəqiqləşdirməyib. Şalva Papuaşvili əmindir ki, yerli müşahidə təşkilatları informasiya səs-küyü yaratmağa və “sonrakı iğtişaşlar üçün saxta bəhanə” verməyə çalışırlar. “Yerli monitorinq təşkilatları bir tərəfdən saxta ittihamlar irəli sürüldükdə yalan hesabatlarla bu işə qarışır, digər tərəfdən isə müxalifətin qanun pozuntularını ört-basdır edirlər”, – deyə o əlavə edib.
//Samir Qurbanov, Editor.az

