Gürcüstan hüquq-mühafizə orqanları dövlət çevrilişinə cəhd ittihamı ilə 13 nəfəri saxlayıb.
Editor.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə oktyabrın 4-də baş verib. Saxlanılan şəxslərin hakimiyyətin zorla devrilməsini planlaşdırdıqları iddia olunur. Hazırda faktla bağlı istintaq aparılır, digər təfərrüatlar açıqlanmır.
//Samir Qurbanov, Editor.az

