Gürcüstanda etirazçılar parlament binasına hücum ediblər – YENİLƏNİB + VİDEObackend

Gürcüstanda etirazçılar parlament binasına hücum ediblər – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tiflisdə kütləvi etiraz aksiyasının iştirakçıları parlament binası qarşısındakı təhlükəsizlik hasarını uçurublar.

Məlumata görə, onlar binaya girməyə çalışırlar. Nümayişçilər qanunvericilik orqanının binasının ərazisində yerləşən hüquq-mühafizə orqanlarının əməkdaşlarına da müxtəlif əşyalar atıblar.

Hazırda iğtişaşların davam etdiyi bildirilir.

22:02

Çərşənbə axşamı hüquq-mühafizə orqanları Tiflisdə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Gözyaşardıcı qazdan dəfələrlə istifadə edildikdən sonra su şırnaqları işə düşüb.

Rustaveli prospektində parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir.

Məlumata görə, iğtişaşlar nəticəsində zərərçəkənlər var, onlara tibbi yardım göstərilir.

//oxu.az