Gürcüstanın Marneuli şəhərində 5 mərtəbəli binanın sonuncu mərtəbəsində mənzilin eyvanı uçub. Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı iki qadın həyatını itirib. Eyni zamanda, binanın qarşısında oynayan iki uşaq isə ağır yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım cəlb edilib. Qəza zamanı ölən qadınlardan birinin hamilə olduğu müəyyən edilib.
Qəzanın səbəbi hələlik məlum olmasa da hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

