“Gürcüstanda keçirilən kütləvi aksiyaların nəticə verəcəyi mümkün deyil”- ŞƏRHbackend

“Gürcüstanda keçirilən kütləvi aksiyaların nəticə verməsi mümkün deyil”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanda seçkilərin nəticələrinin əvvəlcədən Aİ tərəfindən tanınmayacağı bəlli idi. Göründüyü kimi də belə oldu. Çünki seçkidə hakim partiya tərəfindən həqiqi və ya saxta yolla olmasından asılı olmayaraq qalib olacağı əvvəlcədən bilinirdi. Bunun səbəbi hakim partiyanın nə yolla olursa-olsun, hakimiyyətdə qalmaq istəyi idi. Amma keçən dəfə də müxalif cəbhə sonda kompromisə getməyə məcbur olmuşdu. Bu dəfə də belə olacağı qaçılmaz olacaq. Məsələ heç də hakimiyyətdə qalmaq yox, Rusiyanın işğal etdiyi torpaqların geri qaytarılması üzərində qurulub. Bu isə bütün faktorlardan vacibdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Gürcüstanda keçirilən kütləvi aksiyaların nəticə verəcəyi mümkün deyil:

“Bunun üçün tək siyasi amillər kifayət deyil. Əvvəlki rəngli inqilab mərhələsində gürcü xalqı demokratik cəmiyyətin onlara gətirəcəyi çox şey gözləyirdi, amma bu, torpaq itkisi ilə nəticələndi, həm də Qərbin Gürcüstanın arxasında dayanmadığı göründü. İndi də eyni ssenari ilə hakimiyyətə gəlmək üçün mütləq silahlı üsyan olmalıdır ki, nəticə olsun. Bu da mümkün deyil. Gürcüstanda baş verən proseslərin Cənubi Qafqaza təsir imkanları mövcuddur, amma həlledici deyil, xüsusən də, ABŞ seçkilərində Trampın qələbəsi artıq reallaşdığı bir durumda. “ABŞ və Aİ-nın regionu qarışdırmaq istəyir” deyə fikirləşənlər üçün də hesab edirəm ki, ABŞ və Aİ-nın istəyinin regionda qarışıqlıq kimi dəyərləndirmək də doğru deyil. Əgər Gürcüstanda Qərb təfəkkürlü insanlar varsa, onların da haqqı vardır ki, öz istəklərini dəyərləndirsinlər. Amma reallıq nəyi deyirsə, belə də olmalıdır. Cənubi Qafqazın artıq stabillik dövrünə daxil olduğunu hesab edirəm”.

//Gülnarə Abasova, Editor.az