Gürcüstanda koronavirusa 11 nəfər öldü, 887 yeni yoluxma varbackend

Gürcüstanda koronavirusa 11 nəfər öldü, 887 yeni yoluxma var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 887 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 15 327 nəfərə, ölənlərin sayı isə 124 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 721 nəfər karantində saxlanılır. Koronavirusa yoluxanlardan 7 613 nəfərin sağaldığı bildirilir.