Gürcüstanda koronavirusdan daha 9 nəfər öldübackend

Gürcüstanda koronavirusdan daha 9 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 365 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 267 313, ölənlərin sayı isə 3 399 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 260 266 nəfərin sağaldığı bildirilir.