Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədəki müxalif siyasi partiyaların qeyri-qanuni elan oluna biləcəyini istisna etməyib.
Ölkə hökumətinin başçısı bildirib ki, Gürcüstan müxalifəti və onun tərəfdarları son günlər açıq şəkildə mövcud konstitusiya quruluşuna qarşı çıxıblar.
O qeyd edib ki, bu, birbaşa olaraq rəhbərliyin Konstitusiya Məhkəməsinə müraciət etməsinə, müxalifət partiyalarını konstitusiyaya zidd elan etməsinə əsas yaradır. Eyni zamanda, Kobaxidze baş verənləri müşahidə etməyi və hadisələrin bundan sonra necə inkişaf edəcəyini görməyi təklif edib. O, “hər şey öz əlimizdədir” qənaətinə gəlib.
//Samir Qurbanov, Editor.az