Mixeil Kavelaşvilinin andiçmə mərasimindən sonra Gürcüstanın səlahiyyət müddəti başa çatan prezidenti Salome Zurabişvili ilə yanaşı, müxalifət partiyalarının daha iki lideri – “Güclü Gürcüstan” və “Dəyişiklik üçün Koalisiya” prezident sarayında qalmaq niyyətindədir.
Hakim “Gürcü arzusu” partiyası onların niyyətlərini “cinayətkar” adlandırıb. “Sivil dünyada heç kimin belə kreslodan yapışdığını xatırlamıram, xüsusən də cinayətkarcasına. Biz hədə-qorxu gəlmirik, sadəcə olaraq deyirik ki, əgər eks-prezident Salome Zurabişvili dövlət qurumunda qalsa və cinayət törətsə, xüsusən də başqası ilə qrup halında olsa, o zaman cəza gələcək”, – Deputat Mamuka Mdinaradze bildirib.
//Samir Qurbanov, Editor.az