Gürcüstanda parlament seçkilərinin nəticələrinə yenidən baxılacaq: regionlarda bülletenlərin sayımına başlanılıbbackend

Gürcüstanda parlament seçkilərinin nəticələrinə yenidən baxılacaq: regionlarda bülletenlərin sayımına başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrinə dair məlumatları yenidən yoxlayacaq.

Editor.az bildirir ki, bunun üçün MSK hər seçki dairəsi üzrə beş seçki məntəqəsindən bülletenləri yenidən sayacaq. Artıq rayon komissiyaları püşkatma yolu ilə konkret sahələri seçib. Regionlarda səslərin yenidən sayılması yerli vaxtla saat 12:00-da, Tbilisidə – saat 17:00-da başlayacaq.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 54% səslə qalib gəlib. Müxalifət seçkinin nəticələrini qəbul etməyib. Gürcüstan prezidenti Salome Zurabişvili seçkinin nəticələrini qeyri-legitim adlandırıb və dünən, oktyabrın 28-də keçirilən etiraz aksiyasına çıxmağa çağırıb. Onun iştirakçıları təkrar parlament seçkilərinin keçirilməsini istəyiblər.

//Samir Qurbanov, Editor.az