Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment prosesinin başlandığını elan edib. Buna səbəb dövlət başçısının hökumətin razılığı olmadan Avropaya səfəri olub.
Editor.az bidirir ki, bu barədə brifinq zamanı “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
“İmpiçmentin başa çatdırılması üçün 100 parlamentarinin dəstəyi lazımdır və müvafiq olaraq, radikal müxalifətin səsi olmasa, onun baş tutma perspektivi yoxdur.
Lakin buna baxmayaraq, partiyanın siyasi şurasının iclasında “biz prezidentə qarşı impiçment proseduruna başlamaq qərarına gəldik”, – deyə Kobaxidze bildirib.
//Samir Qurbanov, Editor.az