Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsi haqqında yeni xəbər varbackend

Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsi haqqında yeni xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Sabah” qəzeti Jandarmanın məhkəmə ekspertiza laboratoriyasının hesabatına istinadən xəbər verir ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində partlayıcı maddə izləri aşkar edilməyib.

Türkiyə Müdafiə Nazirliyi dünən bildirib ki, qara qutunun müayinəsi “Turkish Aerospace Industries” müdafiə şirkətinin müəssisələrində davam edir. Nazirliyin açıqlaması GZT-yə istinadən verilib. Bildirilib ki, təyyarənin qalıqları Kayseridəki təyyarə təmiri zavodunda araşdırılacaq.

Azərbaycandan havaya qalxan Türkiyənin C-130 təyyarəsi 11 noyabrda Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. İyirmi hərbçi həlak olub. Türkiyə qəzanın səbəbi müəyyən edilənə qədər bütün C-130 uçuşlarını dayandırıb.
Qəzanın əsas səbəbi texniki nasazlıqdır. Video görüntülər və qəza yerinin müayinəsi göstərir ki, təyyarənin burun və quyruq hissələri yerə toxunmazdan əvvəl ayrılıb.

“Milliyet”in mənbələrinə görə, dağıntıya səbəb gövdə korroziyası ola bilər. Türkiyə Müdafiə Nazirliyi qeyd edib ki, C-130 bir ay əvvəl texniki yoxlamadan keçib.

//Samir Qurbanov, Editor.az