Gürcüstanda siyasi böhran: hakim partiyanın baş katibi prezidenti “təxribatçı” adlandırdıbackend

Gürcüstanda siyasi böhran: hakim partiyanın baş katibi prezidenti “təxribatçı” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidentinin addımları ölkənin gələcəyinə qarşı yönəlib.

Editor.az bildirir ki, bu açıqlama ilə hakim partiyanın baş katibi Kaxa Kaladze çıxış edib. “Biz ondan ölkəmizin statusa layiq olmadığı barədə bəyanat eşidirik və əlavə edir ki, bu, ədalətsiz qərar olsa da, düzgün qərardır. Bu statusa kim layiq idisə, o da Gürcüstandır.

Ona görə də prezidentin gördüyü işlər “Bu, ölkəyə qarşı atılan addımdır və sadə dillə desək, təxribatdır”, – Kaxa Kaladze deyib. O, vurğulayıb ki, ilk növbədə prezident Konstitusiyanı qorumalı və onu pozmamalıdır. “İmpiçment məsələsinə gəlincə, əvvəldən partiya sədri İrakli Kobaxidze bu məsələ ilə bağlı izahat verəndə deyilmişdi ki, bir sıra şərtlərə görə impiçmenti başa çatdırmaq mümkün deyil, ancaq dövlətinə, xalqına hörmət etməyən prezident, Konstitusiya və qanunla həqiqətən impiçmentə layiqdir”, – “Gürcü Arzusu”nun baş katibi vurğulayıb.

//Samir Qurbanov, Editor.az