Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölübbackend

Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 147 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 272 998, ölənlərin sayı isə 3 591 nəfərə çatıb.

Virusa yoluxanlardan 266 886 nəfərin sağaldığı bildirilir.