Gürcüstanda “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb, pilot ölübbackend

Gürcüstanda “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 2-də Gürcüstanda planlaşdırılan hərbi təlim zamanı “Su-25” hücum təyyarəsi qəzaya uğrayıb. Təyyarənin pilotu dünyasını dəyişib.

Editor.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qırıcının Gürcüstanın müdafiə qüvvələrinə məxsus olduğu qeyd edilir. “Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi üçün Müdafiə Nazirliyinin müvafiq xidmətləri tərəfindən ətraflı araşdırma aparılır”, – məlumatda deyilir.

“Exo Kavkaza”nın verdiyi məlumata görə, insident Bolnino bələdiyyəsinin Disveli kəndindəki hərbi bazanın yaxınlığında baş verib.

//Samir Qurbanov, Editor.az