Gürcüstanda Amerikanın “The Killers” alternativ rok qrupunun konsertində solist səhnəyə Rusiyadan olan nağara ifaçısını dəvət edib. Bu zaman tamaşaçılar ifaçıları fitə basıb, onların çoxu isə konserti tərk ediblər.
Editor.az bildirir ki, bu barədə “Newsgeorgia” məlumat yayıb. Konsert Batumidəki “Black Sea Arena” stadionunda keçirilib. Baş verən insidentlə bağlı xəbərdən sonra Gürcüstanın “Tbilisi radiosu” “The Killers” mahnılarının efirdən götürüldüyünü elan edib.
“Biz Gürcüstan əhalisinin əksəriyyətini dəstəkləyirik. Rusiya işğalçıdır!”, – deyə radionun Telegram kanalında yer alan mesajda deyilir.
//Samir Qurbanov, Editor.az