Gürcüstanda və Ermənistanda vəziyyət gərgindir: Proseslər regiona necə təsir edəcək?- Politoloq ŞƏRH EDİRbackend

Gürcüstanda və Ermənistanda vəziyyət gərgindir: Proseslər regiona necə təsir edəcək?- Politoloq ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Gürcüstanda hadisələrin üst-üstə düşməsi təsadüfdür. Çünki hər iki ölkədəki proseslər fərqli səbəblərdən cərəyan edir. Belə ki, Ermənistanda revanşist qüvvələr Nikol Paşinyan hakimiyyətinə qarşı çıxış edirlər və onun Azərbaycanla normallaşma prosesinə əngəl olmağa çalışırlar, sərhədlərin delimitasiya prosesini də bəhanə edərək hakimiyyəti devirmək istəyirlər. Bu qüvvələrin başında duran erməni kilsəsi, diasporu və Rusiyayönlü müxalifətdir. Gürcüstanda isə məsələ tamamilə fərqlidir. Belə ki, Gürcüstanda xarici təsirlərin şəffaflığı məsələsi ilə bağlı qanun üzərində etirazlar davam edir. Artıq bu qanun da üçüncü oxunuşdan qəbul edilib.”.

Bu fikirləri Editor.az-a politoloq Oqtay Qasımov həm Gürcüstan, həm də Ermənistan daxilində hökm sürən gərginliyin regiona necə təsir edəcəyi ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, Güney Qafqazda Qərblə Rusiya arasındakı geopolitik mübarizənin də bu və ya digər formada bu proseslərə təsir etdiyi müşahidə olunur:

“Bu baxımdan Azərbaycan üçün Güney Qafqazda vacib olan əmin-amanlıq, sabitlik və təhlükəsizliyin tam təmin olunmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev keçən ilin oktyabrından səfərdə olanda üçtərəfli format, Azərbaycan, Gürcüstan, Ermənistandan ibarət Güney Qafqaz ölkələrinin əməkdaşlığı ideyasını irəli sürmüşdü. Bu, ən uyğun variantlardan biridir. Əməkdaşlıq formatı fəaliyyət göstərərsə, buna da əsas əngəl olan amil Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmamasıdır. Bu baxımdan Azərbaycana vacib olan regionda sabitlik olması və Ermənistanla sülh müqaviləsinin əldə olunmasıdır ki, bu da sabitliyə önəmli təsir göstərən amildir”.

//Gülnarə Abasova, Editor.az