Gürcüstanda vəziyyət dəyişməsə, sanksiyalar tətbiq olunacaq – Avropa Parlamentinin deputatı Anna Fotıqabackend

Gürcüstanda vəziyyət dəyişməsə, sanksiyalar tətbiq olunacaq – Avropa Parlamentinin deputatı Anna Fotıqa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin deputatı Anna Fotıqa Gürcüstandadır. O, təyyarə qəzasında həlak olan Polşanın keçmiş prezidenti Lex Kaçinskinin xatirəsini ehtiramla yad edib.

Fotıqa bildirib ki, səfərinin əsas məqsədi gürcü xalqını dəstəkləmək və onun tərəfində olduğunu göstərməkdir. Eyni zamanda o, qeyd edib ki, Gürcüstanda vəziyyət dəyişməsə, Aİ sanksiyalar tətbiq edə bilər.

Buradakı mövcud siyasi vəziyyətdən danışan avropalı parlamentari qeyd edib ki, siyasi partiyalar demokratiyanın mühüm təminatıdır və onların fəaliyyətinə qoyulan məhdudiyyətlər qəbuledilməzdir və bu, ölkənin demokratik inkişafına mane olur. “Ölkədən kənarda olanlar Gürcüstanda baş verən hadisələrdən narahatdırlar. Biz bir tərəfdən gürcü xalqına kömək etməyə çalışırıq, digər tərəfdən isə Gürcüstanı qərb istiqamətinə yönəltmək istəyirik.

Bu ləngimə ilə barışmaq bizim üçün çox çətindir, lakin biz seçkilərdən əvvəl və seçkidən sonra ölkədə baş verən hadisələri izləyəcəyik və heç nə dəyişməsə, sanksiyalar tətbiq olunacaq”, – Anna Fotıqa bildirib.

//Samir Qurbanov, Editor.az