Gürcüstanda etirazlar davam edir. Dünən gecə etirazçılar hakimiyyətin 1989-cu il aprelin 9-da nümayişin dağıdılması qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etməyi planlaşdırdığı ərəfədə gecəni parlamentin qarşısındakı meydanda keçirmək qərarına gəliblər.
Bu gün isə baş nazir İrakli Kobaxidze və digər rəsmilər Gürcüstan parlamentinin binası qarşısında yerləşən abidəni ziyarət etməyi planlaşdırırlar. Bunun qarşısını almaq istəyənlər arasında 2024-cü ilin dekabrında saxlanılan müxalifətçilərin yaxınları da var.
//Samir Qurbanov, Editor.az