Gürcüstanda zəlzələ olubbackend

Gürcüstanda zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 4,4 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yeraltı təkanların ocağı beş kilometr dərinlikdə yerləşib. Saat 19:42-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən dörd kilometr cənubda olub. Cəmi yeddi dəqiqə sonra eyni bölgədə dörd maqnitudalı afterşok qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Oxu.az