“Gürcüstanı “3+3” platformasında iştiraka razı salmağa çalışırıq” – Çavuşoğlubackend

“Gürcüstanı “3+3” platformasında iştiraka razı salmağa çalışırıq” – Çavuşoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““3+3” platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışırıq”.

Editor.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib.

“Ümid edirik ki, Gürcüstan “3+3” platformasında iştirak edəcək. Bundan hər kəs qazanacaq”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Türkiyəli nazir Gürcüstanda hökumət dəyişikliyinin baş verdiyini və Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün təxirə salındığını da xatırladıb.