Gürcüstanı “ölümcül təhlükə gözləyir” – eks-prezident Mixail Saakaşvili ölkə sakinlərinə çağırış etdibackend

Gürcüstanı “ölümcül təhlükə gözləyir” – eks-prezident Mixail Saakaşvili ölkə sakinlərinə çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində həbsdə olan ölkənin eks-prezidenti Mixail Saakaşvili Facebook sosial şəbəkəsində ölkə sakinlərinə müraciət edərək onları səsvermədə iştirak etməyə çağırıb. Onun sözlərinə görə, Gürcüstan “ölümcül təhlükə”dədir.

O, seçiciləri seçkilərə getməyə və “Gürcüstanı birlikdə saxlamağa” çağırıb. Əks halda, o, Rusiyanın bir hissəsi olacağını düşünür. “Bizi böyük fəlakət gözləyir, əgər biz hamımız birləşib 26 oktyabrda seçkiyə getməsək, nəinki [Avropa İttifaqı ilə] vizasız rejimi itirəcəyik, nəinki ölkə kəskin şəkildə yoxsullaşacaq, hər şeyini itirəcək və Rusiya Federasiyasının adi bir hissəsinə çevriləcək” – deyə o yazıb.

Saakaşvili “bütün partiyaları və fəal insanları” seçicilərin dağlıq rayonlardan səsvermə yerlərinə daşınmasına, avtobuslar bağlanarsa, onların seçki məntəqələrinə şəxsi nəqliyyatla getməsinə kömək etməyə çağırıb. “Hər səs itkisi ölümcül təhlükədir, həll yolu yalnız tam səfərbərlikdir!”, – Saakaşvili bildirib.

//Samir Qurbanov, Editor.az