Gürcüstanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi faktiki olaraq dayanıbbackend

Gürcüstanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi faktiki olaraq dayanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası hesab edir ki, Gürcüstan hökumətinin hərəkətləri Avropa dəyərlərinə və prinsiplərinə ziddir və buna görə də ölkənin Avropa İttifaqına (Aİ) qoşulması prosesi faktiki olaraq dayanıb.

Editor.az bildirir ki, bu barədə Şuranın Brüsseldə keçirilən sammitin yekunlarına dair bəyanatında deyilir. “Avropa Şurası xatırladır ki, bu hərəkət kursu Gürcüstanın Avropa yolunu təhlükə altına alır və üzvlük prosesini de-fakto dayandırıb”, – press-relizdə deyilir. Avropa Şurası eyni zamanda Gürcüstanı “Avropa inteqrasiyasının əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar” qəbul etməyə çağırıb.

Xatırladaq ki, Gürcüstan parlamenti may ayında xarici agentlər haqqında qanunu təsdiqlədikdən sonra Gürcüstanın Qərb ölkələri ilə münasibətləri pisləşib.

//Samir Qurbanov, Editor.az