Gürcüstanın Baş naziri Ermənistanda rəsmi səfərdədir: Nələr müzakirə edilib?-ŞƏRHbackend

Gürcüstanın Baş naziri Ermənistanda rəsmi səfərdədir: Nələr müzakirə edilib?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrakli Kobaxidze Gürcüstanın Baş naziri olduqdan sonra yeni hökumət formalaşıb və onun da qarşısında bir sıra siyasi, iqtisadi hədəfləri var. Kobaxidzenin də ilk xarici səfərlərini region ölkələrinə etməsi təbii və başa düşüləndir. Nəzərə almaq lazımdır ki, ötən həftə sonu İrakli Kobaxidze ilk səfərini Azərbaycana edərək ölkə Prezidenti cənab İlham Əliyevlə görüşdü. İndi isə Gürcüstan Baş naziri ikinci qonşusu Ermənistanda səfərdədir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.


Onun sözlərinə görə, Gürcüstan bu səfərləri ilə region ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu göstərir:

“Eyni zamanda, Gürcüstan bir neçə dəfə Azərbaycanla Ermənistan arasında danışıqlarda üçüncü tərəf kimi öz moderatorluğunu təqdim edib və hətta Ağdamın minalanmış xəritələrinin qaytarılmasında Gürcüstanın vasitəçiliyi mühüm rola malik idi. Azərbaycan da bir neçə dəfə Tiflis formatında Ermənistanla sülh danışıqlarının davam etdirilməsinin dəstəklədiyini vurğulamışdı. Ancaq təəssüflər olsun ki, Fransa və qərbdəki müəyyən dairələr Azərbaycan-Ermənistan sülh danışıqlarını provakasiya etdiyi üçün Tiflis formatı da müzakirədən çıxmış hesab edilirdi. İrakli Kobaxidzenin Ermənistanda səfərində yəqin ki, Cənubi Qafqaz ölkələrinin üçlü formatı çərçivəsində yeni iqtisadi siyasi birliklərin gələcək perspektivləri müzakirə edilib. Gürcüstan baş naziri həm də Ermənistana artıq Azərbaycanla sülh məsələsində təxribatçı addımlardan çəkinməsi ilə bağlı çağırışlar edib”.

//Gülnarə Abasova, Editor.az