Gürcüstanın baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiyaya barışıq təklif etdibackend

Gürcüstanın baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiyaya barışıq təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı Gürcüstanın baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya sakinlərinə BMT-nin Nyu-Yorkdakı tribunasından çağırış edib. “Bütün addımlarımız xalqımıza kömək məqsədi daşıyır və bir gün biz də övladlarımızla birlikdə xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda yaşaya biləcəyik”, – İrakli Kobaxidze deyib. Baş nazir Gürcüstanın ərazi bütövlüyünün necə bərpa oluna biləcəyini izah edib.

Siyasətçinin fikrincə, buna gedən yol qarşılıqlı bağışlanmadan keçir. “Ölkəmizdəki bütün dağılmış körpüləri bərpa etməliyik”, – İrakli Kobaxidze vurğulayıb.

Bir müddət sonra artıq jurnalistlərlə söhbət edən Gürcüstan hökumətinin başçısı ərazi bütövlüyünün bərpasını Tbilisinin əsas prioriteti adlandırıb. “Bizim vəzifəmiz dövlətin bütövlüyünü sülh yolu ilə bərpa etməkdir və bu istiqamətdə yol qarşılıqlı bağışlama və qarşılıqlı barışıqdan keçir”, – İrakli Kobaxidze bildirib.

//Samir Qurbanov, Editor.az