Gürcüstanın baş naziri ölkə prezidentini “xain” addlandırdıbackend

Gürcüstanın baş naziri ölkə prezidentini “xain” addlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin maraqlarına xəyanət edir.

Editor.az bildirir ki, bu sözləri respublika hökumətinin başçısı İrakli Kobaxidze Gürcüstan Müdafiə Qüvvələri Gününü qeyd edərkən deyib. O qeyd edib ki, Zurabişvili ölkədə siyasi vəziyyəti pozmağa, hökumətin devrilməsinə nail olmağa və respublikanı hərbi münaqişəyə sürükləməyə çalışan müxalifət qüvvələrinə qoşulub.

Kobaxidze baş nazir kürsüyə çıxmazdan əvvəl çıxış edən prezidentin bəyanatlarına reaksiya verməyəcəyini vurğulayıb: “Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstan prezidenti adlandırılan şəxs bu ölkəyə xaindir, sözün hərfi mənasında o, Gürcüstanın milli maraqlarına xəyanət edir. Çox acınacaqlı bir haldır və buna görə gürcü cəmiyyətindən şəxsən üzr istəmək istəyirəm”, İrakli Kobaxidze vurğulayıb.

//Samir Qurbanov, Editor.az