Gürcüstanın xarici işlər naziri David Zalkaliani yenidən Baş nazirin müavini təyin edilib.
Editor.az APA-ya istinadən bildirir ki, Gürcüstan hökumətinin iclasında Baş nazir İrakli Qaribaşvili bu barədə qərarı açıqlayıb.
Baş nazirin müavini vəzifələrinə XİN başçısı David Zalkaliani və maliyyə naziri İvane Maçavariani təyin olunub.

