Gürcüstanın din xadimləri Gəncəyə gəlib – FOTObackend

Gürcüstanın din xadimləri Gəncəyə gəlib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Gəncə şəhərində səfərdədir.

Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, səfər çərçivəsində qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raketlər hədəf alınan yaşayış massivinə baş çəkib və burada həyatını itirənlərə hörmət və ehtiramlarını bildiriblər. Nümayəndə heyəti artıq 5 gündür ki, Azərbaycandadır. Bu müddət ərzində onlar eyni zamanda, Şuşa, Füzuli və digər işğaldan azad olunan torpaqlarımıza səfər edib, erməni vəhşiliyinin izlərini öz gözləri ilə görüblər.

Məlumat üçün bildirək ki, nümayəndə heyəti 40 nəfərdən ibarətdir.

 

//İlham, Editor.az