Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır – İrakli Kobaxidzebackend

Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır – İrakli Kobaxidze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya ilə birləşməyi mümkün adlandırıb.

“Düşünürəm ki, əgər biz səbr göstərsək və bu səbrimizdən öz siyasətimizi istiqamətləndirmək üçün istifadə etsək, (Gürcüstanın) ərazi bütövlüyünün bərpası realdır”- Kobaxidze bildirib. Siyasətçi qeyd edib ki, bu məsələnin həllinə müxtəlif amillər təsir edəcək, lakin yenidən birləşmə ehtimalı var.

Xatırladaq ki, Gürcüstan və Cənubi Osetiya arasında münaqişə 2008-ci ilin avqustunda baş verib və Rusiya qoşunlarının yeridilməsindən sonra dayandırılıb. Avqustun sonunda Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıyıb.

//Samir Qurbanov, Editor.az