Gürcüstanın infeksionist həkimləri həyəcan təbili çalırlarbackend

Gürcüstanın infeksionist həkimləri həyəcan təbili çalırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda epidemioloji vəziyyət həddən artıq ciddidir. Təcili tədbirlər görülməlidir.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın infeksionist həkimləri məlumat yayıblar. İnfeksionistlər ölkədə yeni məhdudiyyətlərin tətbiqini tələb edirlər.

Onların sözlərinə görə, klinikalarda pasiyentlər üçün boş yer qalmayıb, həkim çatışmazlığı var.

Belə davam edəcəyi halda səhiyyə sistemi vəziyyətə tab gətirməyəcək.

Qrip mövsümü nəzərə alınmaqla koronavirusa yoluxma hallarının daha da artacağını qeyd edən infeksionistlər bu səbəbdən məhdudiyyətlərin gücləndirilməsini zəruri hesab edirlər.