Gürcüstanın İsrail səfirliyində bomba həyəcanıbackend

Gürcüstanın İsrail səfirliyində bomba həyəcanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Təl-Əvivdə Gürcüstanın İsraildəki səfirliyi yaxınlığında mərmi düşüb. Diplomatik missiyanın mətbuat xidməti müvafiq bəyanat yayıb. Fövqəladə vəziyyətin səfirliyin fəaliyyət göstərdiyi binanın yaxınlığında baş verdiyi bildirilir.

Səfirlikdən bildiriblər ki, binaya ziyan dəyməyib. Həmçinin insident nəticəsində xəsarət alanlar və tələfatlar barədə məlumat yoxdur.

Səfirlik İsrail xidmətləri tərəfindən hazırlanmış təhlükəsizlik təlimatlarına əməl etməklə işini davam etdirir. Bundan əlavə, idarə hazırda İsraildə olan həmvətənlərini çağırıb: “Gürcüstan vətəndaşlarını yerli hakimiyyətin göstərişlərinə əməl etməyə çağırırıq”, – səfirlikdən bildirilir.

//Samir Qurbanov, Editor.az