Gürcüstanın keçmiş müdafiə naziri həbs olundubackend

Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş müdafiə naziri, “Formula” telekanalının təsisçisi David Kezeraşvili 5 il azadlıqdan məhrum edilib.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, müvafiq hökm Gürcüstan Ali Məhkəməsi tərəfindən verilib.

Kezeraşvili Müdafiə Nazirliyinin layihəsi ilə bağlı 5 milyon 60 min avronun mənimsənilməsində ittiham olunur. Ona qarşı 7 cinayət işi açılıb.

Qeyd edək ki, Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.