Gürcüstanın vasitəçilik təklif etməkdə məqsədi nədir?- İKİ ƏSAS AMİLbackend

Gürcüstanın vasitəçilik təklif etməkdə məqsədi nədir?- İKİ ƏSAS AMİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında növbəti hərbi eskalasiyanı və qarşıdurma nəticəsində yaranmış vəziyyəti narahatlıqla müşahidə edirik”. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Gürcüstan Ermənistan-Azərbaycan münaqişələrinin normallaşdırılması istiqamətində tərəflər arasında dialoq yaradılmasına ev sahibliyi etmək istəyini təklif edib.

Gürcüstanın bu təklifi iki ölkə üçün uğurla nəticələnə bilər?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirdi ki, Gürcüstanın özündə də etnik erməni kartı mövcuddur və regiondakı qaynama prosesi Rusiyanın Tbilisini ram etmək üçün həmin kartı oynayacağı ehtimalını artırır:

“Regionda Rusiya ilə Qərbin maraq toqquşmasının kəskinləşdiyinə şahidlik etdiyimiz zamanda Gürcüstan özünün təhlükəsizlik qayğılarını gücləndirmək çağırışı ilə üzləşir.Çünki ABŞ-Rusiya maraq çarpışması bölgənin təhlükəsizlik limitini keçsə,  Moskva Gürcüstan amili ilə Qərbin əsəblərini sınağa çəkər.Onu da nəzərə almalıyıq ki, Gürcüstan torpaqlarının bir hissəsi Rusiyanın işğalı altındadır, onda ssenaridə Kreml ön plana çıxa bilər. Ona görə də Gürcüstan Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmaların sonrakı mərhələdə başqa təhlükələr yaradacağından ehtiyatlanır. İkinci səbəb, Gürcüstan Qərbin regiondakı maraqlarının təmsilçisidir, Qərb hərdən arxa plana çəkilərək öz niyyətlərini Tbilisi vasitəsilə həyata keçirmək istəyir. Gürcüstanın Azərbaycanla Ermənistana vasitəçilik təklif etməsinin mayasında qeyd etdiyimiz iki amil dayanır”.

//Safura Bənnayeva, Editor.az