Gürcüstanın yeni baş nazirindən ilk açıqlamabackend

Gürcüstanın yeni baş nazirindən ilk açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze vəzifəyə gəldikdən sonra intensiv işə başlayacağını açıqlayıb.

“Bu, böyük məsuliyyətdir və mən də bu böyük məsuliyyətə uyğun davranacağam. Təbii ki, yaxın vaxtlarda intensiv işə başlayacağam”, – İrakli Kobaxidze deyib.

Hökumət başçısı yeni vəzifəsində həll etməli olacağı əsas vəzifələri də sadalayıb. Onun sözlərinə görə, bu, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası, yoxsulluq və ərazi bütövlüyü ilə mübarizədir. Kobaxidze hökumət administrasiyasında müəyyən dəyişikliklərin olacağını da bildirib.

Nazirlər Kabinetinin ilk iclası gələn bazar ertəsi, fevralın 12-nə təyin edilib.

//Samir Qurbanov, Editor.az