Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Kavelaşvilinin lehinə 300 deputatdan 224-ü səs verib.
Gürcüstan parlamentində keçirilən prezident seçkisi yekunlaşıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Qeyd edək ki, ilk dəfə olaraq Gürcüstanda dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilib.
Əlavə edək ki, seçkidə yeganə namizəd hakim “Gürcü Arzusu”nun təqdim etdiyi Mixail Kavelaşvilidir.