Fransanın PSJ klubunun gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqası həftəsinin simvolik komandasına daxil edilib.
Siyahıda Gürcüstan millisinin hücumçusu ilə yanaşı, “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe və Kvaratsxeliyanın komanda yoldaşı, cinah oyunçusu Bredli Barkola da yer alıb.
Qeyd edək ki, Xviça həftənin ən yaxşı oyunçusu adı uğrunda da mübarizə aparacaq.
//Samir Qurbanov, Editor.az