Gürcüstanlı milyarder və keçmiş baş nazir Bidzina İvanişvili “Gürcü Arzusu” partiyasının fəxri sədri seçilərək böyük siyasətə qayıdıb.
İvanişvilinin sözlərinə görə, o, bu addımı partiyanı yekun və qeyd-şərtsiz qələbəyə çatdırmaq üçün atıb. Hazırda İvanişvilinin fikrincə, siyasi qüvvə “uğurdan baş gicəllənməsi” təhlükəsi ilə üz-üzədir, çünki “Arzu”nun siyasi məkanda layiqli rəqibləri yoxdur.
“İndi seçki keçirilsəydi, “Gürcü Arzusu” seçki kampaniyası olmadan 90-100 mandat alacaqdı və buna görə də mənim əsas məqsədim seçki öncəsi partiyanı daha da gücləndirmək deyil, həddindən artıq güclənmiş komandanı insani vəsvəsələrdən qorumaqdır”, – İvanişvili deyib.
O, daha sonra bunun üçün lazımi siyasi təcrübəyə malik olduğundan partiyada müşavir rolunu oynayacağını bildirib.
//Samir Qurbanov, Editor.az

