Feysbuk sosial şəbəkəsində gürcüstanlı Anna Beçeçaşvili adlı müəllimə azərbaycanlıları təhqir edib.
Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ictimai fəal Elcan Hacılı Feysbuk hesabında paylaşım edib.
O bildirib ki, A.Beçeçaşvili “azərbaycanlılar üçün mədəniyyət hələ kəşf edilməmiş bir şeydir” deyə ifadə işlədib.
İctimai fəal bununla bağlı Təhsil Nazirliyinə müraciət edərək müəllimənin cəzalandırlmasını tələb edib.

